هاردا موسهلمان گؤرورهم٬ قورخورام
صابير
http://sabir-turkce.blogspot.com/
پا-يى پيياده دوشورهم چؤل.لهره٬
خار-ى موغيلان گؤرورهم٬ قورخمورام.
سئير ائديرهم برر-و بييابانلارى٬
غول-ى بييابان گؤرورهم٬ قورخمورام.
گاه اولورام بحرده زؤورهق نيشين٬
دالغالى طوفان گؤرورهم٬ قورخمورام.
گه چيخيرام ساحيله هر ياندا مين٬
وحشى-يى غورران گؤرورهم٬ قورخمورام.
گاه شفهق تك دوشورهم داغلارا٬
يانقيلى وولقان گؤرورهم٬ قورخمورام.
گاه انيرهم سايه تك اورمانلارا٬
ييرتيجى حئيوان گؤرورهم٬ قورخمورام.
اوز قويورام گاه نئييستانلارا٬
بير سورو آسلان گؤرورهم٬ قورخمورام.
مقبهرهليكده ائديرهم گه مكان٬
قبريده خورتان گؤرورهم٬ قورخمورام.
منزيل اولور گه منه ويرانهلهر٬
جين گؤروروهم٬ جان گؤرورهم٬ قورخمورام.
خاريجى مولكونده ده حتتا گزيب٬
چوخ توحهف اينسان گؤرورهم٬ قورخمورام.
بو كوره-يى ارضده من موختهصهر٬
موختهليف الوان گؤرورهم٬ قورخمورام.
لئيك بو قورخمازليق ايله دوغروسو٬
آى داداش! واللاهى٬ بيللاهى٬ تيللاهى؛
هاردا موسهلمان گؤرورهم٬ قورخورام!
قورخورام!٬ قورخورام!٬ قورخورام!.....
بیسهبهب قورخمورام، وجهی وار
نئيلهييم آخير٬ بو پوخ اولموشلارين٬
فيكرينى قان قان گؤرورهم٬ قورخورام!.
قورخورام!٬ قورخورام!٬ قورخورام!.....
QORXURAM
Pâ-yi piyâdə düşürəm çöllərə
Xâr-i müğilan görürəm, qorxmuram
Seyr edirəm bərr-ü biyâbanları
Qul-i biyâban görürəm, qorxmuram
Gah oluram bəhrdə zövrəqnişin
Dalqalı tufan görürəm, qorxmuram
Gəh çıxıram sâhilə, hər yanda min
Vəhşiy-i qurran görürəm, qorxmuram
Gâh şəfəq tək düşürəm, dağlara
Yanqılı vulkan görürəm, qorxmuram.
Gəh ənirəm sâyə tək ormanlara
Yırtıcı heyvan görürəm, qorxmuram
Üz qoyuram gâh neyistanlara
Bir sürü aslan görürəm, qorxmuram
Məqbərəlikdə edirəm gəh məkan
Qəbrdə xortdan görürəm, qorxmuram
Mənzil olur gəh mənə virânələr
Cin görürəm, can görürəm, qorxmuram
Bu küre-yi ərzdə mən, müxtəsər
Müxtəlif əlvan görürəm, qorxmuram
Xârici mülkündə də həttâ gəzib
Çox tühaf insan görüröm, qorxmuram
Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallâhi, billâhi, tallâhi
Harda Müsəlman görürəm, qorxuram!..
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim âxır, bu pox olmuşların
Fikrini qan qan görürəm, qorxuram
Qorxuram, qorxuram, qorxuram!..
0 Comments:
Post a Comment
<< Home