Thursday, December 22, 2005


SABİR'IN HƏYAT VƏ YARADICILIĞI



SABİR'IN HƏYAT VƏ YARADICILIĞI (1862-1911)


Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxı'da anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbər'i gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

Mollaxanada şagirdlərin ilk vəzifəsi Quran'ı oxumaq idi. Ancaq Ələkbər Quran'ı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabir'in uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox tə'sirli ifadə olunur:

Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.

Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzim'in açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik iste'dadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbər'ə Fars dilindən şe'rlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.

Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şe'rlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbər'i təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhət'in yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şe'r dəftərini də cırıbmış.

Atasının bu hərəkəti gənc Sabir'ə ağır tə'sir etsə də, onu mütaliədən və şe'r yazmaqdan çəkindirəbilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, ş'er dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxı'dan çıxıb gedəcəyini qeyd edir.

Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiya'ya, oradan da İran'a gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır tə'sir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabir'in vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəri tar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabir'in evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi.

Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mə'nəvi rahatlıq və tərəqqisini də tə'min etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatçıl, səmimi idi.

XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şe'rdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxı'ya qayıdan Abbas Səhhət'in bu zaman onu mə'nəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxı'nın o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrah'la kiçik bir ədəbi məclis düzəldib, axşamlar klasik şairlərin və ya özlərinin şe'rlərini oxuyub təhlil və müzakirə edirdilər.

XX əsrin əvvəllərindən başlayaraq Sabir'in şe'rləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərq-i Rus” qəzetində onun şe'ri çap olunur. Bir qədər sonra isə o,”Həyat” qəzetində şe'r çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.

Bu zamandan C. Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şe'rlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxı'da və Bakı'da, istərsə də Azərbaycan'ın başqa yerlərində və İran'da bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir e'lan edirdilər. Hətta bə'zən ruhanilər Sabir'in ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şe'r yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakı'ya gəlib bir müddət “İrşad” qəzetinin redaksiyasında korektor işleyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şö'bəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflis'ə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qori'dən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.

Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər ıskamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, Fars dili, hesab, coğrafiya və təbiətə dair mə'lumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakı'ya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mə'dənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakı'da çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir.

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxı'ya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflis'ə gedib, dostu C. Məmmədquluzadə'nin evində yatır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şe'r yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxı'ya qayıdır. Axır günlərindən birində şair deyir:

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!

“Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir e'lan dərc edir. Bu e'landan sonra Rusiya'nın və Şərq'in bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.

Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakı'ya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxı'ya qayıtmağı məsləhət görürlər. Jurnalist H. Qasımov xəstə şairlə Bakı'da son görüşünü xatırlayaraq yazır: “... Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.

1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxı'da “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.

Sabir'in xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M. Mahmudbəyov'un sə'yi ilə onun şe'rləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı.

Sovet hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artdı, “Hophopnamə” böyük tirajla bir neçə dəfə çap olundu.

YARADICILIĞI

Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvani'nin məktəbində oxuduğu zaman başlamış, ilk şe'rlərini Şərq'in Firdovsi, Sə'di, Füzuli kimi böyük klasiklərinin tə'siri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabir'in də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür.

Sabir'in lirik qəhrəmanı Aşiqdir. O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşiglərin dili ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan, sevgilinin rəqibə uymasından şikayətlənir.
Bu qəzəllərin məzmunu kimi, bədii təsvir və ifadə vasitələri də orta əsr şe'rində çox işlənən, hətta bir qismi sabitləşmiş söz və ifadələrdən ibarət idi. Aşiq çox vaxt özünü Məcnunla, sevgilisini isə Ləyli ilə müqayisə ədirdi. Pərvanə, şəm kimi obrazlardan, Adəm, Zökhak, Kə'bə, Babil kimi dini, əfsanəvi, coğrafi adlardan tez-tez istifadə olunurdu.

Şairin yetkin vaxtında, 21-ci əsrin axırı, 20-ci əsrin əvvəlində yazdığı lirik şe'rlərin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözellik dünyasında yaşayan Aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mübarizə meydanında çarpışan müdrik və atəşin vətəndaşıdır. Onun arzusu “dilbər-i hürriyət”ə çatmaqdır. Mövcud cəmiyyətin ziddiyətlərini dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır:

Mən bələ əsrarı qana bilmirəm,
Qanmaz olub dayana bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzə-vü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm!

Şairə görə dünyada insan ya avam olmalı, şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Sabir'in lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu, mübariz bir həyat keçirməyi üstün tutur. Şüur, düşüncə, duyğu isə onun nəzərində həyat, azadlıq, xoşbəxtlik uğrunda mübarizə onun üçün əsas amillərdəndir.

Bədii yaradıcılığa lirik şe'rlərlə başlayan və sonralar da bir çox lirik şe'rlər yazan M. Ə. Sabir ədəbiyyat tarixində dahi satirik kimi məşhurlaşmışdır. Zəmanə onu 1905-ci il inqilabının sənətkarları sırasına daxil edərək, uzun zaman təbiətində gizli qalan böyük bədii iqtidarı üzə çıxarmışdır.

Sabir'in satirik üslubu birdən-birə formalaşmamışdır. Bu nöqtəyə çatana qədər o, uzun bir hazırlıq mərhələsi keçmişdir. Hələ çox-çox əvvəllər gənc şair mürtəce' adamlara, gərilik və mövhümata tənqidi yanaşmağa başlamışdı. 1905-ci il inqilabı isə Sabir'in dünya baxışında və bədii yaradıcılığında əsaslı dönüş əmələ gətirmişdir. Şair inqilabi hərəkata rəğbət bəsləmək, özünəməxsus üslubda ideyalar təbliğ etmək dərəcəsinə yüksəlimişdir. Əsərlərində ictimai məzmun, siyasi pafos güclənmiş, onda vətənpərvərlik, inqilabi-demokratik ideyalar, yüksək mə'nada xəlqilik xüsüsiyətləri qüvvətlənmişdir.

Sabir'in bədii forma sahəsində də böyük bir novator səviyyəsinə qaldıran, onun əsərlərini demokratik bədii formanın parlaq timsalına çevirən yenə həmin tarixi dövr - 1905-ci il inqilabı olmuşdur.

1905-ci ilin şüurlarında əmələ gətirdiyi yeniliyə, sosiyal və milli oyanışa sevinən Sabir irticaçıların bu tarixi inkişafdan narazılığı görüb onları istehzalı gülüşlə qarşılayırdı. Bu, şairin inqilabi özünəməxsus bir yol ilə alqışlaması, onun tarixi əhəmiyyətini qiymətləndirməsi demək idi.

Dövrün ən ciddi sosiyal-siyasi münasibətlərini, müxtəlif ictimai baxışları çox canlı, həyati şəkildə, hətta bir çox hallarda məişət səhnələri ilə əks etdirən Sabir'in fikir və xəyalının mərkəzində xalq dururdu. Əsərdən əsərə keçərək qüvvətlənən, daim yeni məna və ifadə formaları alan xalq mövzüsü idi. Özü də bu mövzü müxtəlif bədii üsüllarla işlənmişdir.

Əsərlərinin bir qismində Sabir zəhmətkeşlərin qüdrətli müdafiəçilərindən biri olaraq bilavasitə xalqı öz haqqını başa düşməyə, birləşməyə çağırır. O, əməkçi insana məhəbbətini açıq bildirərək, “böyüklərin”, “zorbaların” zülmündən nifrətlə danışır. Belə əsərlərində o, fikirləri öz dilindən söyləyir. Əsərlərinin çoxunda isə şair istismarçı siniflərin nümayəndələrini danışdırmaq üsülundan istifadə edir. Belə əsərlərdə mənfi sürətin özü eyiblərini e'tiraf edib, daxili aləmini açır. O öz sözləri ilə oxucunu özünə güldürür. Başdan ayağa kinayə və istəhza ifadə edən belə şe'rlərə “satirik monoloq” adı vermək olar.

Bu əsərlərdə mənfi tipləri düşündürən əsas məsələ əməkçi xalqda əmələ gələn dəyişiklik, onun fəallaşıb siyasi getdikcə daha çox qarışması, daha çox qüvvə, bacarıq əldə etməsidir.

5 Comments:

At 8:31 PM, Blogger benalaxander7461 said...

I read over your blog, and i found it inquisitive, you may find My Blog interesting. My blog is just about my day to day life, as a park ranger. So please Click Here To Read My Blog

http://www.juicyfruiter.blogspot.com

 
At 2:26 PM, Blogger edharolds5194683738 said...

Do you want free porn? Contact my AIM SN 'abunnyinpink' just say 'give me some pics now!'.

No age verification required, totally free! Just send an instant message to AIM screen name "abunnyinpink".

Any message you send is fine!

AIM abuse can be reported here.

 
At 6:24 AM, Blogger benammons57696170 said...

Get any Desired College Degree, In less then 2 weeks.

Call this number now 24 hours a day 7 days a week (413) 208-3069

Get these Degrees NOW!!!

"BA", "BSc", "MA", "MSc", "MBA", "PHD",

Get everything within 2 weeks.
100% verifiable, this is a real deal

Act now you owe it to your future.

(413) 208-3069 call now 24 hours a day, 7 days a week.

 
At 7:58 AM, Blogger duc3wuxg13djs said...

hey, I just got a free $500.00 Gift Card. you can redeem yours at Abercrombie & Fitch All you have to do to get yours is Click Here to get a $500 free gift card for your backtoschool wardrobe

 
At 11:23 PM, Blogger dp7wzpf63nu said...

hey, I just got a free $500.00 Gift Card. you can redeem yours at Abercrombie & Fitch All you have to do to get yours is Click Here to get a $500 free gift card for your backtoschool wardrobe

 

Post a Comment

<< Home