Saturday, June 26, 2004

Zahid- زاهيد




Zahid ölməkdən qabaq məqsuduna çatmaq dilər, زاهيد اؤلمكدن قاباق مقصودونا چاتماق ديله ر
Cənnətə uyxu ipiylə bir kəmənd atmaq dilər.جننته اويخو ايپىيله بير كمند آتماق ديله ر

E'tiqadınca yatar yatmaz qucar qılmanları, ائعتيقادينجا ياتار ياتماز قوجار غيلمانلارى
Ol səbəbdəndir namaz üstündə də yatmaq dilər. اول سببدندير ناماز اوستونده ده ياتماق ديله ر

Əbləhin fikrincə cənnət bir Buxara şəhridir, ابلهين فيكرينجه جننت بير بوخارا شهرىدير
Beççə tək qılmanları bulduqca oynatmaq dilər. بئچچه تك غيلمانلارى بولدوقجا اويناتماق ديله ر

Məqsədi sövm-ü səlatındən bu imişkən, yazıq, مقصدى صووم-و صلاتيندان بو ايميشكن ٬ يازيق
Həm Xuda'nı, həm də məxluqatı aldatmaq dilər.هم خودانى٬ هم ده مخلوقاتى آلداتماق ديله ر

Uyxuda axtardığın zahirdə, ya Rəb, tapmasın! اويخودا آختارديغين ظاهيرده٬ يارب تاپماسين!
Yoxsa illik taətin bir yolluğa satmaq dilər. يوخسا ايلليك طاعتين بير يوللوغا ساتماق ديله ر

Rind-ü rizvan gördüyün zahid görərsə, şübhəsiz,ريند-و ريضوان گؤردويون زاهيد گؤره رسه٬ شوبهه سيز
Sübhəsin, səccadəsin zöhdilə fırlatmaq dilər.شوبهه سين٬ سججاده سين زؤهدىيله فيرلاتماق ديله ر

Küfrün iksir olduğun zahid, amandır bilməsin, كوفرون ايكسير اولدوغون زاهيد٬ آماندير بيلمه سين
Yoxsa bir zərrə bulud imanına qatmaq dilər! يوخسا بير ذرره بولود ايمانينا قاتماق ديله ر

Mirzə Ələkbər Sabir ميرزا على اكبر صابير

0 Comments:

Post a Comment

<< Home