Tuesday, June 15, 2004

Molla Nəsrəddin jurnalı

aprel 1906-cı il


Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in birinci sayı bu gün Tiflisdə çapdan çıxıb. 1906-18-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-31-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib.


Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, M.Möcüz və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.


Toplama və transliterasiya əsasında Azərbaycan klassiklərinin əsərləri, dövri mətbuat nümunələri nəşrə hazırlanıb çap edilmişdir. M.Füzulinin 6 cildliyi, S.Vurğunun 5 cildliyi, 10 cildlik "Molla Nəsrəddin" jurnalının 1-ci cildi, "Əkinçi" qəzeti nəşr olunmuş, "Füyuzat" jurnalı, "Tərcüman" qəzeti transliterasiya edilib nəşrə hazırlanmışdır.

0 Comments:

Post a Comment

<< Home