Tuesday, June 15, 2004

فخرييه- Fəxriyyə


فخرييهFəxriyyə


هرچند اسيران-ى قويودات-ى زامانيزHərçənd əsiran-i quyudat-i zamanız
هرچند دوچاران-ى بليييات-ى جاهانيزHərçənd duçaran-i bəliyyat-i cahanız
ظنن ائتمه كى٫ بو عصرده آواره-يى نانيزZənn etmə ki bu əsrdə avare-yi nanız
اوول نه ايديك سه٫ يئنه بيز شيمدى همانيز...Əvvəl nə idiksə yenə biz şimdi həmanız
تورانلىلاريز٫ عادى-يى شوغل-ى سلفيز بيز!Turanlılarız adi-yi şuğl-i sələfiz biz
اؤز قؤوموموزون باشينا انگل كلفيز بيز!Öz qovmumuzun başına əngəl kələfiz biz


ظولمت سئوه ر اينسانلاريز اوچ بئش ياشيميزدانZülmət sevər insanlarız üç beş yaşımızdan
فيتنه گؤيه رير تورپاغيميزدان٫ داشيميزدانFitnə göyərir torpağımızdan daşımızdan
تاراج ائده ره ك٫ باج آليريز قارداشيميزدانTarac edərək bac alırız qardaşımızdan
چيخماز٫ چيخابيلمز ده بو عادت باشيميزدانÇıxmaz çıxabilməz də bu adət başımızdan
اسلافيميزا چونكو حقيقى خلفيز بيز!Əslafımıza çünkü həqiqi xələfiz biz
اؤز قؤوموموزون باشينا انگل كلفيز بيز!Öz qovmumuzun başına əngəl kələfiz biz


اول گون كى مليك شاه-ى بوزورگ ائيله دى رحلت Ol gün ki Məlik Şah-i Büzürg eylədi rihlət
ائتديك ايكى نامرد وزيره تبعيييت Etdik iki namərd vəzirə təbəiyyət
دوشمن قاتيب ال٫ تختيميزى ائيله دى غارت.... Düşmən qatıb əl təxtimizi eylədi qarət
اؤز حاققيميزى گؤزله مه يه بىطرفيز بيز! Öz haqqımızı gözləməyə bitərəfiz biz
تورانلىلاريق٫ عادى-يى شوغل-ى سلفزيز بيز! Turanlılarıq adi-yi şuğl-i sələfiz biz


بير واخت اولوب لشكر-ى چنگيزه طرفدار Bir vaxt olub ləşkər-i Çəngizə tərəfdar
خارزملرى محو ائله ديك قتل ايله يئكبار Xarəzmləri məhv elədik qətlə yekbar
خارزملرين شاهى فرار ائيله دى ناچار Xarəzmlərin Şahı fərar eylədi naçar
مسجيدلرى٫ مكتبلرى ييخديق يئره تكرار.... Məscidləri məktəbləri yıxdıq yerə təkrar
حققا كى سزاوار-ى نيشان-و شرفيز بيز! Həqqa ki səzavar-i nişan-o şərəfiz biz
اؤز دينيميزين باشينا انگل كلفيز بيز! Öz dinimizin başına əngəl kələfiz biz


بير واخت دا دعوا-يى صليب اولدو موهييا Bİr vaxt da dava-yi Səlib oldu mühəyya
دعواده فيرنگىلره غاليب گليب آمما Davada firəngilərə qalib gəlib amma
دينجه لمه ييب٬ ائتديك يئنى بير فاجيعه برپاDincəlməyib etdik yeni bir faciə bərpa
اؤز تيغيميز٫ اؤز ريشه ميزى كسدى سراپا.... Öz tiğimiz öz rişəmizi kəsdi sərapa
گويا كى بيياباندا بيتن بير علفيز بيز! Guya ki biyabanda bitən bir ələfiz biz
اؤز قؤوموموزون باشينا انگل كلفيز بيز! Öz qovmumuzun başına əngəl kələfiz biz


بير واخت داخى قاراقويون٫ آغ قويون اولدوق Bir vaxt daxi Ağqoyun Qaraqoyun olduq
آذربيجانا٫ همده آناتولويا دولدوقAzərbacana həm də Anatoluya dolduq
اول قدر قيريب بير بيريميزدن كى يورولدوق Ol qədr qırıb birbirimizdən ki yorulduq
قيرديقجا يورولدوق و يورولدوقجا قيريلديق.... Qırdıqca yorulduq və yorulduqca qırıldıq
تورانلىلاريز٫ عادى-يى شوغل-ى سلفيز بيز! Turanlılarız adi-yi şuğl-i sələfiz biz
اؤز قؤوموموزون باشينا انگل كلفيز بيز! Öz qovmumuzun başına əngəl kələfiz biz


بير واخت ساليب تفرقه اولدوق ايكى قيسمت Bir vaxt salıb tərəqə olduq iki qismət
تئيمور شاهى بير پاراميز ائتدى حيمايت Teymur Şahı bir paramız etdi himayət
خان ايلديريما بير پاراميز قيلدى ايطاعت٫ Xan Ildırıma bir paramız qıldı itaət
قانلار ساچيليب٫ آنكارادا قوپدو قييامت.... Qanlar saçılıb Ankarada qopdu qiyamət
احسن بيزه! هم تيرزنيز٫ هم هدفيز بيز! Əhsən bizə həm tirzəniz həm hədəfiz biz
اؤز قؤوموموزون باشينا انگل كلفيز بيز! Öz qovmumuzun başına əngəl kələfiz biz


تئيمور شه-ى لنگه اولوب تابئع-ى فرمان Teymur Şəh-i Ləngə olub tabe-i fərman
خان توختاميشى ائيله ديك آل قانينا غلطان Xan Toxtamışı eylədik al qanına qəltan
تا اولدو قيزيل اوردالارين دؤولتى تالان٫ Ta oldu Qızıl Ordaların dövləti talan
موسكوو شاهينا فاييده بخش اولدو بو مئيدان.... Moskov Şahına fayidəbəxş oldu bu meydan
اليوم اوروسلاشميشيق٬ ائله ذىشرفيز بيز! Əlyovm Uruslaşmışıq elə zişərəfiz biz
اؤز دينيميزين باشينا انگل كلفيز بيز! Öz dinimizin başına əngəl kələfiz biz


بير واخت شه ايسماعيل ايله سولطان-ى سليمه bir vaxt Şəh İsmaili ilə Sultan-i Səlimə
مفتون اولاراق ائيله ديك ايسلامى دو نيمه Məftun olaraq eylədik İslamı du nimə
قويدوق يئنى بير تازه آدى٬ دين-ى قديمه Qoyduq yeni bir tazə adı din-i qədimə
سالدى بو تشيييوع٫ بو تسننون بيزى بيمه.... Saldı bu Təşəyyu bu Təsənnün bizi bimə
قالديقجا بو حالتله سزا-يى اسفيز بيز! Qaldıqca bu halətlə səza-yi əsəfiz biz
اؤز دينميزين باشينا انگل كلفيز بيز! Öz dinimizin başına əngəl kələfiz biz


نادير بو ايكى خسته لييى توتدو نظرده Nadir bu iki xəstəliyi tutdu nəzərdə
ايسته ردى علاج ائيله يه بو قورخولو دردهİstərdi əlac eyləyə bu qorxulu dərdə
بو مقصديله عزم ائده ره ك گيردى نبرده Bu məqsədilə əzm edərək girdi nəbərdə
مقتولن اونون نعشينى قويدوق قورو يئرده...... Məqtulən onun nəşini qoyduq quru yerdə
بير شئى-يى عجيبيز٫ نه بيليم٫ بير توحه فيز بيز! Bir şey-i əcibiz nə bilim bir tühəfiz biz
اؤز دينيميزين باشينا انگل كلفيز بيز! Öz dinimizin başına əngəl kələfiz biz


ايندى يئنه وار تازه خبر٫ تازه تاماشا İndi yenə var tazə xəbər tazə tamaşa
ايرانلىليق٫ عوثمانلىليق ايسمى اولوب ائحياİranlılıq Osmanlılıq ismi olub ehya
بير قيطعه يئر اوستونده قوپوب بير يئكه داعوا Bir qitə yer üstündə qopub bir yekə dava
مئيدان كى قيزيشدى اولاريق محو٬ سراپا.... Meydan ki qızışdı olarıq məhv sərapa
اونسوز دا اگر چند كى يئكسر تلفيز بيز! Onsuz da əgər çənd ki yeksər tələfiz biz
اؤز قؤوموموزون باشينا انگل كلفيز بيز! Öz qovmumuzun başına əngəl kələfiz biz

0 Comments:

Post a Comment

<< Home